Tərəvəz satan iki azyaşlını avtomobil vurdu - FOTOLAR
Hadisə
Gürcüstanda Marneuli-Bolnisi maqistralının Balaxauri kəndində ölümlə nəticələnən faciə baş verib.
News24.az xəbər verir ki, yol kənarında tərəvəz satan iki azyaşlı uşağı avtomobil vuraraq öldürüb.
Məlumata əsasən, hadisə zamanı uşaqlardan birinin anası da yanlarında olub, o, müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb.
Bilıdirilib ki, sürətlə hərəkətdə olan "Mercedes" markalı minik avtomobilin sürücüsü qarşıdan gələn digər avtomobillə toqquşmamaq üçün sükanı saxlaya bilməyib və yol kənarında dayanan azyaşlılara, eləcə də qadına çırpılıb.
Hadisə yerinə polis və təcili tibbi yardım cəlb olunub. Hadisəni törədən sürücü saxlanılıb.
Nəzrin