Tovuzda ailə üç uşağından imtina etdi
Hadisə
Tovuz rayonunda valideynlər üç övladından imtina edib.
News24.az xəbər verir ki, ailəsinin imtina etdiyi üç oğlan uşağı polisin nəzarəti altında Rayon Mərkəzi Xəstəxanasına gətirilərək tibb müəssisəsinə yerləşdirilib.
Qeyd olunub ki, valideyinləri uşaqların dövlətin himayəsinə verilməsini istəyir. ("Report")