Tovuzda bədbəxt hadisə - ÖLƏN VAR
Hadisə
Tovuz rayonunun Çatax kəndində 6 yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb.
News24.az xəbər verir ki, kənd sakini, 2020-ci il təvəllüdlü S.Quliyevi həyətlərində elektrik cərəyanı vurub.
Uşaq xəstəxanaya aparılarkən yolda həyatını itirib.
İlkin məlumata əsasən, hadisə ehtiyatsızlıqdan baş verib.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.(report)