Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi Hadisə

Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

News24.az xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərində baş verib. Belə ki, Qovlar şəhər sakinləri - 1985-ci il təvəllüdlü Qaroğlan Zeynalov, arvadı 1997-ci il təvəllüdlü Aygül Həsənova və iki övladı zəhərlənmə diaqnozu ilə Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Dərhal onlara yadım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (Unikal)