Ukraynada daha bir azərbaycanlı həlak oldu
Hadisə
Rusiya-Ukrayna müharibəsi bölgəsində daha bir həmyerlimiz həlak olub.
News24.az xəbər verir ki, bu barədə sosial şəbəkə platformalarında məlumat yayılıb.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibədə iştirak edən, Yardımlı rayonu Əfçədulan kənd sakini Raqif Hüseyqulu oğlu İsgəndərov döyüş əməliyyatları zamanı həlak olub.