Xəyal Rza ailəsi ilə birgə qəzaya düşdü - FOTO

Xəyal Rza ailəsi ilə birgə qəzaya düşdü - FOTO Hadisə

Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza Göyçayda qəzaya düşüb.

News24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Baş verən yol-nəqliyyat hadisəsi zamanı Xəyal Rzanın idarə etdiyi nəqliyyat vasitəsi yararsız hala düşüb.

Xəyal Rzazadə Oxu.az-a açıqlamasında bildirib ki, ailəsi və atası ilə birlikdə Göyçay şəhərində hərəkətdə olarkən BMW markalı bir avtomobil yol hərəkəti qaydalarını pozaraq onun "Changan" markalı maşınına, daha sonra isə "Mercedes" markalı digər nəqliyyat vasitəsinə çırpılıb:

"Şükürlər olsun, ciddi bir xəsarət almamışıq. Müvafiq qurumlar hadisə ilə bağlı araşdırma aparır".

Xəyal Rza ailəsi ilə birgə qəzaya düşdü - FOTO Xəyal Rza ailəsi ilə birgə qəzaya düşdü - FOTO Xəyal Rza ailəsi ilə birgə qəzaya düşdü - FOTO Xəyal Rza ailəsi ilə birgə qəzaya düşdü - FOTO