Astarada itkin düşən balıqçılar kimdir? - Yeniləndi

Astarada itkin düşən balıqçılar kimdir? - Yeniləndi Hadisə

Astara rayonu ərazisində Xəzər dənizində 2 nəfərin itkin düşməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə News24.az-a FHN Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir.

****

10:39

Astara rayonunda dənizdə itkin düşən balıqçıların şəxsiyyəti müəyyənləşib

News24.az xəbər verir ki, itkin düşən şəxslər 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlu və 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğludur.

Məlumata görə, onlar ötən gecə rayonun Şahağac kəndi ərazisində balıq ovu məqsədilə dənizə çıxıblar və geri qayıtmayıblar.

Hazırda axtarış-xilasetmə tədbirləri Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən davam etdirilir.

Yaşar Araz