Xəzər dənizində zəlzələ oldu
Hadisə
Xəzər dənizində zəlzələ qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 04:31-də qeydə alınan zəlzələ 3,8 bal gücündə olub.
Yeraltı təkanın ocağı 72 kilometr dərinlikdə yerləşib.