Xırdalanda binada yanğın: xəsarət alanlar var – Yeniləndi

Xırdalanda binada yanğın: xəsarət alanlar var – Yeniləndi Hadisə

Abşeron rayonu, Xırdalan şəhərində yanğın hadisəsi baş verib.

News24.az xəbər verir ki, yanğın “Kristal Abşeron-2” yaşayış kompleksində, hündürmərtəbəli binanın 10-cu mərtəbəsində olub.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, polis və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub. Yanğın qısa zamanda söndürülüb.

Faktla bağlı araşdırma aparılır. (APA.az)

**

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

News24.az xəbər verir ki, hadisə “Kristal 2” yaşayış kompleksində baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar. (Oxu.az)