Yaşayış binasında yanğın: Ölənlər var - Bu ölkədə

Yaşayış binasında yanğın: Ölənlər var - Bu ölkədə Hadisə

Cənubi Koreyada yaşayış binasında yanğın baş verib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Uivan şəhərində 20 mərtəbəli yaşayış kompleksində qeydə alınıb.

Yanğın 14-cü mərtəbədə başlayıb və söndürülməsi təxminən iki saat çəkib.

Hadisə nəticəsində iki nəfər həyatını itirib, daha altı nəfər yüngül xəsarət alıb və tüstüdən zəhərlənib.

Ölənlərin yaşlı cütlük olduğu bildirilib.

60 yaşlı kişi pəncərədən yıxılaraq ölüb, onun həyat yoldaşı isə mənzildə hərəkətsiz vəziyyətdə tapılıb. Hadisə yerində kişinin yazdığı intihar məktubu da aşakarlanıb.

Məktubda onun ciddi maliyyə problemlərindən bəhs etdiyi bildirilib.

Hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırır.