Yasdan sonra pul siyahısı üstündə dava düşdü – Təfərrüat

Yasdan sonra pul siyahısı üstündə dava düşdü – Təfərrüat Hadisə

Yardımlı rayonunun Ostayır kəndində xuliqanlıq hərəkətləri törədən şəxs inzibati qaydada həbs olunub.

News24.az-ın əldə etdiyi məlumata görə, kənd sakini, 1970-ci il təvəllüdlü S. Səmədov (şərti) barəsində tərtib olunan inzibati protokol rayon məhkəməsində araşdırılıb.

Məlum olub ki, hadisə dekabrın 8-də kənd ərazisində baş verib. Anasının yas mərasimi keçiriləndən sonra S. Səmədov spirtli içki qəbul edərək mərasimdə pul yazdıran şəxslərin siyahısını almaq məqsədilə kürəkəninin evinə gedib. Lakin kürəkəni siyahını təqdim etməkdən imtina edib. Bunun ardından S. Səmədov sərxoş vəziyyətdə ictimai qaydanı pozaraq uca səslə kürəkəninə qarşı nalayiq ifadələr işlədib.

Polis tərəfindən saxlanılan şəxs məhkəmə qərarı ilə 10 sutka müddətinə inzibati həbsə məhkum edilib.

Yaşar Araz