Zaqatalada qəza: ölən və yaralanan şəxsin kimliyi bilindi – YENİLƏNDİ
Hadisə
Zaqatala rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölən və yaralanan şəxsin kimliyi məlum olub.
News24.az xəbər verir ki, hadisə bu gün saat 16 radələrində baş verib
Vaz-21011 və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində VAZ-21011-in sərnişini, Zaqatala rayonunun Muğanlı kənd sakini, 2007-ci il təvəllüdlü Səməndər Mehman oğlu Qurbanov xəsarət alıb.
Hadisə nəticəsində həmin kənd sakini, Ülfət İsmayıl oğlu Qurbanov isə həlak olub. (Oxu.az)
**17:32
Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən qəza qeydə alınıb.
News24.az xəbər verir ki, hərəkətdə olan minik avtomobilləri ötmə qaydalarına riayət etmədiyindən toqquşublar.
Qəza zamanı bir nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanına çatdırılıb.
Qəza baş verən ərazi Dövlət Yol Polisi əməkdaşları tərəfindən nəzarətə götürülüb, həmçinin qəza yerinə Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb olunub. (bizim.media)