Zaqatalada iki maşın toqquşdu, şəhid atası yaralandı – FOTO
Hadisə
Zaqatalada iki VAZ markalı avtomobil toqquşub, xəsarət alanlar var.
News24.az xəbər verir ki, hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Gözbarax kəndi ərazisindən keçən hissəsində baş verib.
Rayonun Muxax kənd sakini 58 yaşlı Ramazan Mahmud oğlu Mahmudovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə rayon Yuxarı Tala kənd sakini 36 yaşlı Əziz Müseyim oğlu Kərimovun idarə etdiyi "VAZ-2109" markalı minik avtomobili toqquşub. Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan "VAZ-2109" markalı avtomobolin sürücüsü Ə. Kərimov sükan arxasında sıxılaraq qalıb.
Ə.Kərimov hadisə yerinə cəlb olunan xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq həkim briqadasına təhvil verilib. Hadisə zamanı "VAZ-2107" markalı avtomobilin sürücüsü R. Mahmudov da müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəza zamanı xəsarət alanlardan R.Mahmudov 44 gün Vətən müharibəsi şəhidi Natiq Mahmudovun atasıdır.