UEFA-nın prezident seçkilərinə Azərbaycandan kimlər gedib?
    • 7-02-2019, 12:20
    • 1 148

UEFA-nın prezident seçkilərinə Azərbaycandan kimlər gedib?

Bu gün İtaliyanın paytaxtı Romada UEFA-nın 43-cü Konqresi keçiriləcək. 

AFFA-nın baş katibi Elxan Məmmədov və onun müavini Sərxan Hacıyev Konqresdə iştirak edəcək.

Qeyd edək ki, Konqresdə UEFA-nın prezidenti postuna və bu qurumun İcraiyyə Komitəsinin üzvlüyünə seçki keçiriləcək. UEFA-nın hazırkı rəhbəri Aleksander Çeferin prezident postuna yeganə namizəddir. Onun namizədliyini AFFA da daxil olmaqla, 55 milli futbol assosiasiyası dəstəklədiyindən seçki formal xarakter daşıyacaq.

Onu da bildirək ki, UEFA-nın yeddinci prezidenti olan hüquqşünas Aleksander Çeferin 2016-cı ildən bu qurumun rəhbəridir. Bu seçki onun 2023-cü ilədək prezident postunda qalmasını rəsmiləşdirəcək.