“Araz-Naxçıvan”da yeni təyinatlar - gerçəkləşdi

“Araz-Naxçıvan”da yeni təyinatlar - gerçəkləşdi İdman
“Araz-Naxçıvan” klubunda yeni təyinatlar gerçəkləşib.

News24.az Premyer Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, U-17 və U-19 yığmalarının baş məşqçiləri müəyyənləşib.

Ruslan Əmircanov 17, Xəyal Mustafayev isə 19 yaşadək futbolçulardan ibarət komandanın baş məşqçisi təyin olunublar.

Hər iki mütəxəssislə 1 illik müqavilə imzalanıb.