“Neftçi” “Zirə”yə, “İmişli” “Şəfa”ya qarşı
İdman
Bu gün Misli Premyer Liqasında 13-cü tura start veriləcək.
News24.az xəbər verir ki, ilk gündə iki oyun baş tutacaq.
Əvvəlcə “İmişli” “Şəfa”nı sınağa çəkəcək. Yevlax şəhər stadionunda keçiriləcək matçın baş hakimi Fərid Hacıyev olacaq.
Turun mərkəzi oyununda isə “Neftçi” “Zirə” ilə qarşılaşacaq. Paytaxt derbisini Tural Qurbanov idarə edəcək.
“Turan Tovuz” – “Kəpəz” və “Sabah” – “Araz-Naxçıvan” oyunları sabah, “Şamaxı” – “Qəbələ” və “Qarabağ” – “Sumqayıt” görüşləri noyabrın 29-da keçiriləcək.
Misli Premyer Liqası 13-cü tur 27 noyabr
“İmişli” – “Şəfa”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Nicat İsmayıllı
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Yevlax şəhər stadionu, 14:30.
“Neftçi” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov
VAR: Kamal Umudlu
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Palms Sports Arena”, 19:00.