"Qarabağ"ın sabiq futbolçusunun övladı vəfat etdi

"Qarabağ"ın sabiq futbolçusunun övladı vəfat etdi Hadisə
Polşanın "Visla" (Plotsk) klubunda çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçakın oğlu Olivier dünyasını dəyişib.

News24.az "Report"-a istinadən xəbər verir ki, körpə İsraildəki özəl xəstəxanaların birində vəfat edib.

Olivierə daha əvvəl qaraciyər xərçəngi diaqnozu qoyulub.

Qeyd edək ki, Yakub Jezniçak 2017-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib.