"Qəbələ" ilk oyunda Kipr klubuna məğlub oldu
İdman
Kipr "Omoniya"sının iki futbolçusu Azərbaycanda "Qəbələ"yə qarşı keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununu buraxacaq.
News24.az Report-a istinadən xəbər verir ki, zədəsini yenicə sağaldan müdafiəçilər Paris Psaltis və Nikolas Panayotu bərpa dövrü keçdikləri üçün "qırmızı-qaralar"la səfər matçında iştirak etməyəcəklər.
Sözügedən oyunçuların cavab qarşılaşmasında da meydana çıxmaları sual altındadır.
Qeyd edək ki, "Qəbələ" "Omoniya"ya qarşı ilk oyununu iyulun 27-də evdə, cavab görüşünü isə 1 həftə sonra səfərdə keçirəcək