Rafael Fiziyevin növbəti rəqibi müəyyənləşdi

Rafael Fiziyevin növbəti rəqibi müəyyənləşdi İdman
Azərbaycanın yüngül çəkidə UFC döyüşçüsü Rafael Fiziyevin növbəti rəqibi müəyyənləşib.

News24.az-ın məlumatına görə, 30 yaşlı idmançı polşalı Mateuş Qamrotla qarşılaşacaq.

Gecənin əsas görüşü sentyabrın 23-də ABŞ-ın Las-Veqas şəhərində təşkil olunacaq.

Qeyd edək ki, Rafael Fiziyev sonuncu dəfə ABŞ təmsilçisi Castin Geyciyə uduzub.