ABŞ Federal Ehtiyatlar Sistemi növbəti dəfə uçot dərəcəsini artırıb

ABŞ Federal Ehtiyatlar Sistemi növbəti dəfə uçot dərəcəsini artırıb İqtisadiyyat
ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot faiz dərəcəsini 25 baza bənd (0.25%) artırmaqla 5,25%-ə qaldırıb.

News24.az xəbər verir ki, FED bu qərarı ölkədə üç bankla bağlı böhran ərəfəsində verib.

FED-in faizləri bundan əvvəl 4,75% - 5,00% aralığında olub.

Qeyd edək ki, bu, 2022-ci ilin martından bəri 10-cu faiz artımıdır.

Faiz dərəcələri 2007-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb.