Cənubi Qafqaz Boru Kəmərinin xərcləri kəskin artdı

Cənubi Qafqaz Boru Kəmərinin xərcləri kəskin artdı İqtisadiyyat
Bu ilin birinci rübündə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 20 milyon dollar, əsaslı xərclər isə 2 milyon dollardan çox olub, bu da illik müqayisədə müvafiq olaraq 42,9% və 6,7 dəfə çoxdur.

News24.az  BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə bu ilin birinci rübünün nəticələrinə dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Rüb ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 61,6 milyon kubmetr olub, bu da illik müqayisədə 9,6% çoxdur.