İntihar edən azərbaycanlı şagirdin ölümüylə bağlı CİNAYƏT İŞİ BAŞLANDI
    • 6-04-2019, 13:43
    • 1 777

İntihar edən azərbaycanlı şagirdin ölümüylə bağlı CİNAYƏT İŞİ BAŞLANDI

Bakıda şagirdin intiharına görə cinayət işi başlanılıb.

News24.az Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın özünü məktəb binasının 3-cü mərtəbəsindən atması və bu gün xəstəxanada ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisənin necə baş verməsi və intihardan öncə şagirdin davranışları, sinif yoldaşlarının, məktəb rəhbərliyinin ona qarşı münasibəti ilə bağlı məktəbin direktoru Sevinc Abbasova hazırda prokurorluqda ifadə verir. 

E.Hacıyevanın meyiti isə ekspertiza olunması üçün morqa göndərilib.