Bakının mərkəzində gənc oğlanlar azyaşlı qızla cinsi əlaqəyə girdi
    • 27-01-2020, 11:53
    • 1 489

Bakının mərkəzində gənc oğlanlar azyaşlı qızla cinsi əlaqəyə girdi

Bakıda azyaşlı qızla cinsi əlaqəyə girən 2 nəfər barəsində cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Səbail Rayon Polis İdarəsində R.Cabbarov və K.Muradov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.2-ci, yəni,On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə - Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə maddəsi ilə iş açılıb. Gənc oğlanlar həmin qızla öz razılığı ilə cinsi əlaqədə olduqlarını bildiriblər.

Cinayət işinin istintaqında azyaşlı L.Abdullayeva zərərçəkən şəxs qismində tanınıb.

Qeyd edək ki, əməlləri sübuta yetirilsə azyaşlı ilə cinasi əlaqəyə girən gəncləri 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.