Abşeronda azyaşlı qızla cinsi əlaqəyə girən şəxs tutuldu
    • 14-11-2019, 12:44
    • 1 234

Abşeronda azyaşlı qızla cinsi əlaqəyə girən şəxs tutuldu

Abşeron rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqəyə girmiş şəxs barəsində cinayət işi açılıb. 

News24.az-ın məlumatına görə, rayon ərazisində S.İsmayılova ilə cinsi əlaqəyə girdiyi üzə çıxarılan Vüqar Abasquliyev barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci, yəni, On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi ilə iş açılıb.

Artıq iş üzrə ibtidai istintaq tədbirləri başa çatdırılıb və cinayət işi baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. İşə hakim Sevinc Quliyevanın sədrliyi ilə baxılacaq.