Sumqayıtda keçmiş məhkumdan SİLAH GÖTÜRÜLDÜ
    • 24-03-2020, 13:02
    • 811

Sumqayıtda keçmiş məhkumdan SİLAH GÖTÜRÜLDÜ

Daxili işlər orqanları tərəfindən silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş V.Həmzəyevdən nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 2 ədəd patron aşkar edilərək götürülüb.