Sumqayıtda qanunsuz silah gəzdirən keçmiş məhkum saxlanılıb
    • 21-02-2019, 12:26
    • 1 689

Sumqayıtda qanunsuz silah gəzdirən keçmiş məhkum saxlanılıb

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN - in Mətbuat Xidmətindən News24.az-a  verilən məlumata görə, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş H.Mirzəyevdən “Ceska-Zbroscvka” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.