Bakı polisi 26 cinayətin ÜSTÜNÜ AÇDI
    • 8-04-2020, 10:57
    • 586

Bakı polisi 26 cinayətin ÜSTÜNÜ AÇDI

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

Bakı şəhər Baş Polis İdarəsindən News24.az-a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 7-də 26 cinayətin üstü açılıb. Onlardan 6-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Silah və döyüş sursatı üzrə 1, narkotiklərlə əlaqəli 6, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 3 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 4 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.