Sumqayıt sakinini elektrik cərəyanı vuraraq öldürüb
    • 1-01-2019, 18:53
    • 1 001

Sumqayıt sakinini elektrik cərəyanı vuraraq öldürüb

Sumqayıt sakinini cərəyan vuraraq öldürüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi xəbərə görə FHN-in "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində cərəyan vurması nəticəsində ölən 1990-cı il təvəllüdlü Əlməmmədov Elvin Kamran oğlunun meyitinin damdan götürülməsi üçün müraciət daxil olub.
Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin qəza-xilasetmə dəstəsi E.Əlməmmədovun meyitini elektrik naqilindən ayıraraq damdan düşürüb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

//Report