Azərbaycanda dəhşət: Ata 5 yaşlı oğlunu öldürdü

Azərbaycanda dəhşət: Ata 5 yaşlı oğlunu öldürdü Kriminal
Qubada dəhşətli hadisə baş verib.

Hadisə Quba rayonunun Barlı kəndində olub.

2014-cü il təvəllüdlü Vəliyev Rəvan Bəhərçin oğlu atasının sürdüyü "Qazel" markalı avtomobilin altında qalaraq dünyasını dəyişib. Uşağın atası Bəhərçin Vəliyev "Qazel"markalı avtomobilini həyətdən çıxararkən 5 yaşlı oğlunun həyətdə oynadığını görməyib və onun üstündən keçib. Uşaq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə Quba Rayon Prokurorluğunun əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.

//Sputnik Azərbaycan