Bakı metrosunda HƏYƏCAN - Gənc oğlan özünü qatarın altına atdı
Kriminal
"Əhmədli" metrostansiyasında gənc oğlan özünü qatarın altına atıb. Bu barədə "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, hadisə "Əhmədli" stansiyasının 1-ci yolunda baş verib: "Həmin şəxs saat 17.03-də özünü qatarın altına atıb. Qatarın hərəkəti dayandırılıb.
Metro polisinin iştirakı ilə həmin şəxs çıxarılıb və ona ilkin yardım göstərilərək təcili yardım tərəfindən aparılıb. Üstündə sənəd olmayıb. Özünün dediyinə görə, 1991-ci il təvəllüdlü Kürdəmir rayon sakini Kamil Daşqın oğlu Nuriyevdir".
// Lent.az