Bakıda 31 yaşlı qadını öldürüb qaçdılar - meyiti yolun ortasında qaldı

Bakıda 31 yaşlı qadını öldürüb qaçdılar - meyiti yolun ortasında qaldı Kriminal
Qaradağda maşınla gənc qadın vurulub.

News24.az-ın məlumatına görə, hadisə Ələt magistralında baş verib. Avtomobillə 1988-ci il təvəllüdlü A.Məmmədova vurulub. Onu vuran avtomobil sürücüsü qaçıb. Gənc qadın isə yolun ortasında can verərək keçinib. Hadisə şahidləri polisə məlumat veriblər.

Faktla bağlı araşdırma aparılır.

Taleh BAĞIROV