Dağdan yıxılan 31 yaşlı qadının meyiti - TAPILDI

Dağdan yıxılan 31 yaşlı qadının meyiti - TAPILDI Kriminal
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Göygöl rayonunda dağlıq ərazidə yüksəklikdən yıxılan 1988-ci il təvəllüdlü Yusifova Aygün Xaliq qızının meyitinin çıxarılması üçün müraciət daxil olub.

FHN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri A.Yusifovanın meyitini çətin keçilən mürəkkəb relyefli ərazidən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.