Gəncədə daş-çınqıl karxanasında bir nəfər ölüb

Gəncədə daş-çınqıl karxanasında bir nəfər ölüb Kriminal
Gəncə şəhərinin Kəpəz rayonunda daş-çınqıl karxanasında torpaq sürüşməsi baş verib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə hadisənin baş verməsi, 1 nəfərin torpaq kütləsinin altında qalması və ölümü ilə nəticələnib.

Hadisə yerinə Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Görülən tədbirlər nəticəsində 1970-ci il təvəllüdlü İsmayılov İlham Rza oğlunun meyiti aşkar edilib və torpaq altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.