Rus hərbçilər erməni kəndinə soxuldular

Rus hərbçilər erməni kəndinə soxuldular Kriminal
Rusiyanın Ermənistandakı Gümrü Hərbi Bazasında Şirak vilayətinin Panik kəndində baş vermiş insidentlə bağlı araşadırma başladılıb.

News24.az xəbər verir ki, kəndin icma rəhbəri Panik Vardan Makeyan bildirib ki, kəndin inzibati ərazisində rus əsgərlərinin odlu silahlardan atəşlə müşayət olunan hərbi təlimləri keçirilib.

Bu barədə əhaliyə xəbər verilmədiyinə görə, kənd sakinləri qorxuya düşüblər, qarışıqlıq yaranıb.

Şirak vilayətinin qubernatoru isə mətbuata verdiyi açıqlamada bildirib ki, rus hərbçilər fors-majir hadisəyə görə üzr istəyiblər. "Belə hadisə ilk dəfə baş verib.Günahkarlar qanun qarşısında cavab verəcəklər".

İlhamə


Rus hərbçilər erməni kəndinə soxuldular