Rusiyalı keşiş boşanmaq istəyən arvadını dəhşətli şəkildə öldürdü - FOTO

Rusiyalı keşiş boşanmaq istəyən arvadını dəhşətli şəkildə öldürdü - FOTO Kriminal
Moskvada Nikolo Uqreşski monastrının iareyi Dionisi ata (Denis Qorovoy) öz arvadı Anna Qorovoyu qətlə yetirib.

News24.az-ın məlumatına görə, buna səbəb Annanın ondan boşanmaq istəməsi olub. Keşiş arvadını evlərindən 100 kilometr uzaqda yerləşən meşəyə apararaq, orda ona 10 bıçaq zərbəsi endirərək öldürüb.

 Ölümündən qabaq Anna anasına zəng edərək ərinin özünü qəribə aparması barədə məlumat verib. Keşiş dindirmə zamanı törətdiyi cinayəti etiraf edib.
İstintaq materiallarına görə,son 2 ildə  keşişin işdə çox zaman keçirməsi ər-arvadın münasibətlərini kəskinləşdirib. Keşiş karyerasında zərbə almaq qorxusu ilə boşanmağa razı olmurmuş.

İlhamə
 
Rusiyalı keşiş boşanmaq istəyən arvadını dəhşətli şəkildə öldürdü - FOTO