Su anbarına düşən 69 yaşlı kişinin meyiti tapıldı

Su anbarına düşən 69 yaşlı kişinin meyiti tapıldı Kriminal
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz rayonunun Vahidli kəndində Tovuzçay su anbarına düşdüyü ehtimal olunan 1950-ci il təvəllüdlü Dilənov Vidadi Allahverdi oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə,  nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. 

Axtarış nəticəsində V. Dilənovun meyitini sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.