Sumqayıtda evdən 67 yaşlı qadın meyiti tapılıb

Sumqayıtda evdən 67 yaşlı qadın meyiti tapılıb Kriminal
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1952-ci il təvəllüdlü Pyatevna Svetlana Qriqovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.