Türkiyə ordusunun generalı həbs olunub

Türkiyə ordusunun generalı həbs olunub Kriminal
Türkiyənin Əskişəhər Birləşmiş Hava Hərəkət Mərkəzinin komandanı general Özkan Edip Akgülay FETÖ/PDY terror təşkilatı ilə əlaqədə ittiham olunaraq həbs edilib.

Türkiyə mətbuatı xəbər verir ki, təqaüdə çıxmaq üçün müraciət edən generalla aparılan sorğu-sual zamanı onun FETÖ terror təşkilatının Türkiyə Silahlı Qüvvələrində yerləşdirdiyi üzvləri ilə əlaqəsi sübut olunub. O, Diyarbəkir Baş Prokurorluğunun qərarı ilə həbs edilib.