13 gün qaldı: Bu telefonlara sahibi olan hər kəsin diqqətinə!
Maraqlı
Saniyədə 20 giqabitə qədər məlumat ötürmə sürəti təklif edən 5G texnologiyasının istifadəyə verilməsinə cəmi 13 gün qalıb.
News24.az xəbər verir ki, 1 aprel 2026-cı il tarixindən etibarən Türkiyə yeni texnoloji mərhələyə qədəm qoyacaq. Uyğun telefon və SIM karta sahib olan istifadəçilər internetdən çox yüksək sürətlə yararlana biləcəklər.
Qeyd olunub ki, mobil operatorlar 5G infrastrukturu üzrə işləri demək olar ki, tamamlayıblar. Artıq bəzi stadionlar və hava limanlarında bu texnologiya sınaqdan keçirilir.
Mütəxəssislərin fikrincə, 5G texnologiyası 4.5G ilə müqayisədə 10-100 dəfə daha sürətli olacaq. Belə ki, 4.5G gündəlik istifadədə 20-100 Mbps sürət təqdim etdiyi halda, 5G 10.000-20.000 Mbps səviyyəsinə çata bilər. Bu isə yüksək keyfiyyətli videoların saniyələr ərzində yüklənməsi və gecikmənin minimuma enməsi deməkdir.
Lakin xəbərdarlıq edilir ki, yüksək sürət istifadəçilərin internet paketlərinin daha tez tükənməsinə səbəb ola bilər. Xüsusilə video izləyənlər üçün məlumat limiti qısa müddətdə istifadə oluna bilər.