Dənizin dibində “itmiş dünya”nın izləri tapıldı

Dənizin dibində “itmiş dünya”nın izləri tapıldı Maraqlı

Alimlər dənizin dibində 16 min il əvvələ aid “itmiş dünya”nın izlərini aşkarlayıblar.

News24.az xəbər verir ki, aparılan son tədqiqatlar minilliklər əvvəl su altında qalmış geniş bir quru sahəsinin mövcudluğunu təsdiqləyib.

Məlumata görə, Şimal dənizinin altında yerləşən və Doggerland kimi tanınan ərazidə aparılan araşdırmalar zamanı qədim meşə qalıqları aşkarlanıb.

Alimlər burada meşə ekosisteminin təxmin ediləndən daha erkən, 16 min ildən çox əvvəl formalaşdığını müəyyən ediblər. Araşdırmalar zamanı palıd, qarağac və fındıq kimi ağac növlərinə aid izlər də müəyyən edilib.

Tədqiqatın diqqət çəkən nəticələrindən biri də əvvəllər həmin bölgədə mövcud olmadığı düşünülən bəzi bitki növlərinə aid izlərin tapılmasıdır. Bu isə ərazinin bioloji müxtəlifliyinin çox zəngin olduğunu göstərir.