Dünyanı təəccübləndirən 101 yaşlı qadın: uzunömürlülüyün sirri bu imiş
Maraqlı
Çində yaşayan 101 yaşlı Tszyan Yüeçin qeyri-adi həyat tərzi ilə internetdə böyük maraq doğurub.
News24.az xəbər verir ki, son illər sosial şəbəkələrdə məşhurlaşan ahıl qadın “tərsinə çevrilmiş” gündəlik rejimi ilə diqqət çəkir. O, hər axşam gecə saat 02:00-dək televizora baxır, səhər isə təxminən saat 10:00-da oyanır. Səhər yeməyini gec yeyir, axşam yeməyini isə adətən 18:00 radələrində qəbul edir. Əgər 21:00-dan sonra acırsa, biskvitlə yüngül qəlyanaltı edir.
Tszyan Yüeçin “gənclərə xas” hesab edilən qəlyanaltılardan da imtina etmir: çipslər, şaklima (düyü xəmirindən hazırlanan şirin Çin deserti) və qurudulmuş şirin kartof onun sevimlilərindəndir.
Qadının həyat yoldaşı illər əvvəl vəfat edib. Tszyan Yüeçinin yeddi övladı var. Analarının uzunömürlülüyünün sirri ilə bağlı sualı övladları belə cavablandırır:
“Əsas məsələ yaxşı qidalanmaq, yaxşı yatmaq və hər gün yaşıl çay içməkdir. Amma ən vacibi onun həyata münasibətidir. O, kin saxlamır, problemlərə ilişib qalmır və heç kimə qarşı inciklik daşımır”.