Elon Mask "X"da dəyişiklik edəcək

Elon Mask "X"da dəyişiklik edəcək Maraqlı

Elon Musk "X" platformasında yeni funksiyanın tətbiq olunacağını açıqlayıb.

News24.az xəbər verir ki, milyarder iş adamının sözlərinə görə, sosial şəbəkəyə uzun müddətdir müzakirə olunan “bəyənməmə” (dislike) düyməsi əlavə ediləcək.

Mask bildirib ki, bu funksiya istifadəçilərə paylaşılan məzmuna mənfi reaksiya vermək imkanı yaradacaq və bunun sayəsində platformada müxtəlif fikirlərin daha açıq şəkildə əks olunması mümkün olacaq.

Bununla yanaşı, yeni funksiyanın bütün istifadəçilər üçün dərhal aktiv olmayacağı qeyd edilib. Onun sözlərinə görə, “bəyənməmə” düyməsi ilkin mərhələdə yalnız təsdiqlənmiş (verifikasiya olunmuş) hesablar üçün əlçatan olacaq.

Mask əlavə edib ki, belə məhdudiyyətin tətbiq edilməsində əsas məqsəd spam botların və koordinasiyalı hücumların qarşısını almaqdır.

O vurğulayıb ki, bu yanaşma platformada saxta hesabların təsirini azaltmağa və istifadəçi təcrübəsini daha sağlam saxlamağa kömək edəcək.