Ən çox anakondanın yaşadığı ölkələr açıqlandı
Maraqlı
Dünyanın ən böyük ilan növlərindən olan anakondaların ölkələr üzrə yayılması maraqlı mənzərə ortaya qoyub.
News24.az xəbər verir ki, Dünya Əhali İcmalının məlumatları əsasında hazırlanan siyahıya görə, bəzi ölkələrdə anakondaların sayı demək olar ki, insan əhalisinə yaxınlaşır.
Siyahıda ilk yerdə Trinidad və Tobaqo qərarlaşıb. Təxminən 1,2 milyon əhalisi olan ölkədə 900 minə yaxın anakondanın yaşadığı təxmin edilir. Bu göstərici hər adama demək olar ki, bir anakondanın düşdüyünü göstərir.
Mütəxəssislər anakondaların əsasən Cənubi Amerika və tropik bölgələrdə, bataqlıqlar, çay hövzələri və sıx meşələrdə geniş yayıldığını bildirirlər. Təbii yaşayış mühitinin insan məskənləri ilə iç-içə olması populyasiyanın yüksək olmasına səbəb olur.
Anakondaların ən çox olduğu ölkələr:
1. Trinidad və Tobaqo – 900 min
2. Paraqvay – 800 min
3. Braziliya – 700 min
4. Boliviya – 600 min
5. Peru – 500 min
6. Ekvador – 400 min
7. Venesuela – 200 min
8. Kolumbiya – 100 min
9. Argentina – 100 min
10. Qayana – 30 min
11. Surinam – 30 min
12. Fransa Qvianası – 30 min