Lənkəranda 34 yaşlı qadın ikinci dəfə üçəm dünyaya gətirib

Lənkəranda 34 yaşlı qadın ikinci dəfə üçəm dünyaya gətirib Maraqlı

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında üçəm dünyaya gəlib.

Bu barədə News24.az-a TƏBİB-dən məlumat verilib.

Qeyd ediilib ki, 1992-ci il təvəllüdlü hamilə fevralın 9-da doğum şöbəsinə yerləşdirilib. Pasiyent üzərində həyata keçirilən qeysəriyyə əməliyyatı ilə üçəmlərin doğuş prosesi uğurla icra olunub.

Üçəmlərin çəkiləri müvafiq olaraq 2, 2.1 və 2.0 kq, boyları isə 40, 41 və 42 sm olub. Onlardan ikisi oğlan, biri qızdır.

Bildirilib ki, hazırda ana və körpələrin vəziyyəti kafi qiymətləndirilir. Yenidoğulmuşlar həkim-neonatoloqun nəzarətindədir.

Qeyd edək ki, 34 yaşlı qadının üçəmlərə qədər iki oğlan və bir qız övladı var. Çoxuşaqlı ananın əvvəlki övladlarından bir qız və bir oğlan da əkiz hamiləliklə dünyaya gəlib.