Kosmosda fövqəladə vəziyyət: NASA tarixində bir ilk yaşandı
Maraqlı
NASA tarixində ilk dəfə olaraq Beynəlxalq Kosmik Stansiyadan (BKS) tibbi təxliyə həyata keçiriləcək.
News24.az xəbər verir ki, agentlik “SpaceX Crew-11” missiyasının bütün dörd üzvünü vaxtından əvvəl Yerə qaytarmaq qərarı verib. Buna səbəb ekipaj üzvlərindən birinin sağlamlıq problemləri ilə üzləşməsi olub.
NASA-dan bildirilib ki, astronavtın vəziyyəti stabil qiymətləndirilir, lakin BKS şəraitində tam tibbi müayinə və müalicə mümkün deyil. Tibbi məxfilik səbəbindən əlavə detallar açıqlanmır.
“Crew-11” heyətinə ABŞ-dən iki astronavt, Yaponiyadan bir nümayəndə və Rusiyadan bir kosmonavt daxildir. Missiya 1 avqust 2025-ci ildə start götürüb və artıq planlaşdırılan sona yaxınlaşdığı üçün erkən qayıdış qərarı qəbul edilib.
Kosmik kapsulun Yerə eniş tarixi yaxın günlərdə açıqlanacaq.