Neqativ düşüncə beynə belə təsir edirmiş

Neqativ düşüncə beynə belə təsir edirmiş Maraqlı

Alimlər sübut edib ki, neqativ düşüncə demensiyanı sürətləndirə bilər.

News24.az xəbər verir ki, daim qara fikirlər, fatalist yanaşma və pisə köklənmək təkcə əhval-ruhiyyəni pozmur, eyni zamanda demensiyanın inkişafını sürətləndirə və simptomlarını ağırlaşdıra bilər.

Alimlər prosesin mexanizmini belə izah edirlər: normal şəraitdə beyin “optimist sürüşmə” adlanan qoruyucu mexanizmlə işləyir. Bu mexanizm insanı həddindən artıq narahatlıq və psixoloji yüklənmədən qoruyur.

Lakin insan uzun müddət daimi neqativ düşüncə içində yaşayarsa, bu psixoloji qalxan zəifləyir və nəticədə demensiya prosesi daha sürətli inkişaf edə bilər.

Bu baxımdan “bunu düşünməməyə çalış” ifadəsi adətən banal səslənsə də, mütəxəssislər bildirir ki, məhz bu halda o, tam əsaslı və faydalı məsləhət sayıla bilər.