Sevimli görünür, amma toxunduğunuz zaman zəhərləyir
Maraqlı
Sosial şəbəkələrdə “dəniz dovşanı” kimi tanınan sevimli görünüşlü canlı ilə bağlı mütəxəssislər ciddi xəbərdarlıq ediblər.
News24.az xəbər verir ki, "Jorunna parva" adlı bu kiçik canlı zahirən olduqca şirin və zərərsiz görünsə də, əslində yüksək dərəcədə zəhərli maddələr daşıyır.
Alimlərin bildirdiyinə görə, bu növ əsasən Hind-Sakit okean bölgəsində yayılıb və ölçüsü cəmi bir neçə santimetr olur. Onun tüklü görünüşü və “qulaq” kimi çıxıntıları səbəbindən sosial mediada böyük maraq doğurur.
Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu canlıya toxunmaq təhlükəli ola bilər. Çünki o, özünü qorumaq üçün güclü toksinlər ifraz edir və bu maddələr həm heyvanlar, həm də insanlar üçün risk yarada bilər.
Qeyd olunur ki, bu zəhər bəzi hallarda dəri ilə təmas zamanı gözlənilməz reaksiyalara səbəb ola bilər. Buna görə də mütəxəssislər bu cür canlılarla qarşılaşdıqda onlara toxunmamağı tövsiyə edirlər.