Telefonunuzda bu proqramlar varsa, dərhəl silin
Maraqlı
Telefonunuzda bəzi proqramlar sistemə daxil olub şəxsi məlumatları ələ keçirə bilər.
News24.az xəbər verir ki, kibertəhlükəsizlik mütəxəssisləri bəzi zərərli mobil tətbiqlərin istifadəçilərin şəxsi məlumatlarını ələ keçirdiyini və hətta bank hesablarına risk yarada biləcəyini bildirirlər.
Sözügedən xəbərdarlıqda qeyd olunur ki, bu tip tətbiqlər adətən sosial şəbəkələrdə reklamlar vasitəsilə yayılır və “pulsuz”, “pro versiya” və ya “daha sürətli xidmət” adı altında istifadəçilərə təqdim edilir. Quraşdırıldıqdan sonra isə telefonun icazələrindən istifadə edərək şəxsi məlumatlara çıxış əldə edə bilirlər.
Mütəxəssislər bildirirlər ki, belə proqramlar, SMS və bildirişləri oxuya bilər, kontakt siyahısına daxil ola bilər, kamera və mikrofondan icazəsiz istifadə edə bilər.
Ona görə də istifadəçilərə yalnız rəsmi mağazalardan (Google Play və App Store) tətbiq yükləmək, şübhəli linklərdən uzaq durmaq və naməlum proqramları dərhal silmək tövsiyə olunur.