"X" platformasında problem yarandı - Nə baş verir?
Maraqlı
“X” sosial media platformasında genişmiqyaslı nasazlıqlar qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə beynəlxalq monitorinq xidməti “NetBlocks” məlumat yayıb.
“Hazırda dünya üzrə “X” sosial media platformasının fəaliyyətində problemlər yaşanır”, — deyə məlumatda bildirilib.
Sosial media platformasında ciddi nasazlıqların ABŞ-nin Milli Futbol Liqasının (NFL) final oyunu “Super Bowl” zamanı baş verdiyi bildirilib. Monitorinq xidmətinin məlumatına görə, “X”-dəki problem hansısa ölkədə internet bağlantısı problemləri və ya platformanın lokal bloklanması ilə əlaqəli deyil. Hazırda nasazlığın konkret hansı səbəbdən baş verdiyi açıqlanmır.
Qeyd edək ki, 2022-ci ilin oktyabrında amerikalı sahibkar İlon Mask “Twitter” sosial media platformasını satın alıb və daha sonra onun adını “X” olaraq dəyişdirib.