Qarabağ şəhidinin oğlu yeni doğulan körpəsinə ƏRDOĞANIN adını verdi - FOTO - VİDEO
    • 20-02-2020, 12:23
    • 2 759

Qarabağ şəhidinin oğlu yeni doğulan körpəsinə ƏRDOĞANIN adını verdi - FOTO - VİDEO

Mingəçevir şəhərində maraqlı hadisə baş verib.

News24.az xəbər verir ki, Qarabağ savaşında şəhid olmuş Tahir Şamxalovun oğlu- Kamal Şamxalov yeni doğulmuş oğluna Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə Ərdoğan adı verib.

O bildirib ki, Türkiyə başçısına böyük sevgisi var. Və bu səbəbdən də oğlunun adını Ərdoğan qoyub.

Şamxalov övladının xoş gününü xüsusi təmtəraqla qeyd edib. O, xəstəxana çıxışında "Zeybek" rəqsini oynayıb.

Sevda Bayramova